“Soçi görüşü Azərbaycan
diplomatiyasının yeni uğuru oldu. Cənubi Qafqazda sülhün əldə edilməsinə dair
vahid yanaşma bir daha təsdiq edildi, istənilən anlaşma ölkələrin ərazi
bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Bunu Ermənistan bir daha qəbul
etdi”.
“Prezident İlham
Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı. Dövlətimizin
başçısı çıxışında sərhədlərlə bağlı məsələyə də toxunaraq bildirdi ki, Ermənistan
ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Biz Ermənistan tərəfinə
qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və
gələcəkdə qonşular kimi yaşamağı, sülh müqaviləsi üzərində işə başlamağı təklif
etmişik. Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında Prezident
İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışdı. Rusiya Prezidentinin
fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən
ən ali səviyyədə dəstəklənir.
Soçi görüşünün
nəticəsi kimi ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri”
məsələsində də müsbət irəliləyiş olacağını bildirib: “Şübhəsiz ki, bu, Azərbaycanın
böyük siyasi uğurudur. Xüsusilə, qəbul olunan Bəyanatda Rusiya Prezidentinin dəfələrlə
“dəhliz” ifadəsini işlətməsi, “Qarabağ” ifadəsinə yer verilməməsi, Ermənistan tərəfinin
hər zaman iddia etdiyi əsirlər və ya girovlar məsələsinə toxunulmaması, sərhədlərin
delimitasiya və demarkasiyasına çağırışlar edilməsi, bütövlükdə müzakirə olunan
məsələlər Azərbaycanın mövqeyini tam əks etdirir.
Cənab Prezident bildirdi ki, Azərbaycan bu yaxınlarda 5 əsas
prinsip irəli sürüb: "Onların əsasında Azərbaycanla Ermənistan arasında
münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas
prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”.
“Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll
olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur
və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb
olunduğu formatıdır”
Soçi görüşü bir daha
təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib
prosesdəki mövqeyini qoruyub saxlaya bilir: “Bu Azərbaycan diplomatiyasının
gücüdür. Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi
bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən
isə bütün region faydalanmış olacaq”.
Vüqar İsmayılov
YAP Xocalı rayon təşkilatının
əməkdaşı